Masallıda “Torpaq məni gözləyir” adlı ədəbi-bədii kompozisiya nümayiş edilib - FOTOLAR

Masallıda “Torpaq məni gözləyir” adlı ədəbi-bədii kompozisiya nümayiş edilib - FOTOLAR
  • Masallı / Mədəniyyət

  • Nazimi Gəncəvi adına rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Ardıcıl törədilmiş hərbi təxribatların və yeni işğal planlarının qarşısını almaq, həmçinin işğal altında olan ərazilərimizi azad etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci ilin 27 sentyabr tarixində düşmənə qarşı başlanılan genişmiqyaslı əməliyyatların şanlı Zəfərlə nəticələndiyini bildirən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov geniş nitqində diqqətə çatıdırıb ki, Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə 44 günlük Vətən müharibəsində aparılan uğurlu “Dəmir Yumruq” əməliyyatı ordumuzun əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı, hərbi şücaəti, xalqımızın arxa cəbhədəki fədakarlığı sayəsində mümkün oldu: “Ölkəmizə qarşı aparılan məqsədyönlü və planlı terror siyasətinin davamı olaraq, 2023-cü ilin sentyabrın 19-da qarşı tərəf növbəti təxribata əl atdı. Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan Silahlı Qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin tərksilah edilərək, ərazilərimizdən çıxarılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Tədbirlər çərçivəsində şücaətli ordumuzun yüksək peşəkarlığı sayəsində qısa müddətdə düşmənin hərbi birləşmələri üzərində böyük qələbə qazanıldı və onlar tamamilə ram edildi. Bununla da, uzunmüddətli qanlı münaqişəyə hərbi müstəvidə əsasən yekun vurularaq, bölgəyə dair reinteqrasiya planlarının icrasına və aktiv sülh proseslərinə başlanıldı...” 

    Şəhidlərimizin əziz xatirəsinin qəlblərdə və xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Dövlət Regoinal Kollecinin müəllimi Kəmalə İmanova çıxışlarında qeyd ediblər ki, rəşadətli ordumuzun bu ilin 19-20 sentyabr tarixində qısamüddətli döyüşlərdəki uğuru xalqımıza bir daha böyük sevinc, qürur və ümid hisslərini yaşatdı, Vətənimizin bütövlüyünün tam təmin ediləcəyi günün uzaqda olmadığını müjdələdi. 
    Ölkə rəhbərinin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Zəfərlə bitən Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixinin əbədiləşdirilərək hər il Azərbaycanda Anım Günü kimi qeyd olunduğunu bir daha xatırladan natiqlərin çıxışlarında şəhidlərimiz ehtiramla yad edilib, onlara Allahdan rəhmət, sağlamlıqlarını itirmiş qazilərimizə şəfa dilənib. 

    Tədbirdə Masallı Xalq Teatrının həvəskar aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə 27 Sentyabr - Anım Gününə həsr olunan “Torpaq məni gözləyir” adlı ədəbi-bədii kompozisiya nümayiş edirilib. 














    PAYLAŞ:

    Oxşar xəbərlər