Masallıda “Haqqın 44 günü” tamaşası nümayiş olundu - FOTOLAR

Masallıda “Haqqın 44 günü” tamaşası nümayiş olundu - FOTOLAR
  • Mədəniyyət

  • 2022-ci il “Şuşa ili” ilə əlaqədar nəzərdə tutulan “Tədbirlər Planı”na əsasən mayın 31-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Masallı Regional Mədəniyyət İdarəsi ilə Lənkəran Regional Mədəniyyət İdarəsinin qarşılıqlı əməkdaşlığı çərçivəsində Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında “Haqqın 44 günü” adlı tamaşası təqdim edilib.

    Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təqdim edilən tamaşanın hər bir səhnəsi alqışlarla qarşılanıb.  

    Asiya.az xəbər verir ki, Masallı Regional Mədəniyyət İdarəsinin Rəisi Bəxtiyar Qılıncov çıxış edərək möhtəşəm ifalarından ötrü Lənkəran Dövlət Dram Teatrının rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

    Həmçinin teatrın direktoru Tofiq Heydərov qonaqpərvəliyə və təşkilatçılığa görə Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə, Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin kollektivinə təşəkkürünü bildirib.
    Fotolar Faiq Mirzəyə aiddir:










    PAYLAŞ:

    Oxşar xəbərlər