Masallıda Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü konsert proqramı ilə qeyd olundu - FOTOLAR

Masallıda Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü konsert proqramı ilə qeyd olundu - FOTOLAR
  • Mədəniyyət

  • Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində konsert proqramı keçirilib. 

    Asiya.az xəbər verir ki, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təşkil edilmiş musiqi tədbirində Mədəniyyət Mərkəzinin incəsənət ustaları maraqlı proqramla çıxış ediblər. Konsertdə mədəniyyət işçiləri, rəsmi şəxslər, media mənsubları və digər ictimaiyyət nümayəndələri iştirak edib.

    Əvvəlcə, ölkəmizin ərazi bütövlüyü uğrunda həyatından keçmiş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub.

    Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tədbir iştirakçılarını salamlayaraq, əlamətdar tarixi gün münasibətilə geniş təbrik nitqi ilə çıxış edib. İdarə rəisi çıxışında milli ordumuzun Azərbaycan Cümhuriyyəti dönəmindən başlayaraq, bugünədək keçdiyi tarixi inkişaf yolu, ölkəmizdə ordu quruculuğu prosesi, hərbi əməkdaşlıqların əhəmiyyəti, Vətən müharibəsində qazanılmış tarixi Zəfər və digər ümummilli mövzulara toxunub. Çıxışının sonunda ordumuzun öz tarixi missiyasını şərəflə yerinə yetirdiyini vurğulayan rəis, xalqımıza sülh və əmin-amanlıq arzulayıb.

    Sonra tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib. 

    Konsertdə tanınmış sənətçilər - Atamoğlan Zahid, Miriş Hüseynov, Şamo İbayev, Ruslan Zahidov və başqaları vətənpərvərlik ruhlu musiqilər səsləndiriblər. Çıxışları Mədəniyyət Mərkəzinin instrumental ansamblı müşayiət edib.
    Fotolar Elsevər Əliyevə məxsusdur:





    PAYLAŞ:

    Oxşar xəbərlər