Masallı bazarı niyə yandı? - VİDEO/FOTOLAR

Masallı bazarı niyə yandı? - VİDEO/FOTOLAR
  • Masallı / Hadisə / Araşdırma

  • Masallıda "Köhnə bazar" adlanan ərazidə ticarət mərkəzi yanıb.

    Asiya.az xəbər verir ki, bu gün saat 15:19 radələrində 20 yanvar küçəsində yerləşən iki mərtəbədən ibarət olan “Sərfəli” Ticarət Mərkəzində yanğın baş verib.

    Baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb, ətraf tikililər tam mühafizə olunub.
    Bu barədə FHN Mətbuat xidmətindən məlumat verilib.
    Məlumatda qeyd olunur ki, ümumi sahəsi 3040 kv metr olan bazar ərazisində baş verən yanğın dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. 

    TƏBİB-dən verilən məlumata görə isə Masallı şəhərində bazar ərazisində ticarət mərkəzində yanğın olması ilə bağlı qurumun tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.
    Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.
    Yanğınla bağlı 6 nəfər Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 6 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir. Həyatı təhlükə yoxdur.

    Məlumata görə yanğın ticarət mərkəzinin direktorun otağından başlayıb. Bazar sahibi ilə icarədar Afər Cahangirov arasında bir neçə aydır qalmaqal yaşandığı bildirilir. Baş verən hadisənin təxribat olduğunu deyənlər də var.
    Hadisə ilə bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
    Cəfər Cəfərov,
    Elsevər Əliyev,
    Faiq Mirzə,
    Asiya.az










    PAYLAŞ:

    Oxşar xəbərlər