Masallıda yanan bazardan VİDEO reportaj

Masallıda yanan bazardan VİDEO reportaj
  • Masallı / Araşdırma / Sosial

  • Oktyabr ayının 6-sı Masallıda "Köhnə bazar" adlanan ərazidə iki mərtəbəli ticarət mərkəzi məlum olmayan səbəblərdən yanaraq külə dönüb.
    Yanan bazar ləğv edilmiş “Yunayted kredit Bank”ın Müşahidə Şurasının sədri, çeçen əsilli azərbaycanlı Hüseyn Axmedoviç Marayevə məxsusdur.
    Bir il idi “Sərfəli” adı ilə fəaliyyət göstərən bazarı Masallıdan olan sahibkar Afər Cahangirov icarəyə götürmüşdü.
    Bazarda sahibkarlıq fəaliyyəti göstərən rayon sakinləri hazırda əlacsız vəziyyətdə qalaraq dövlətdən köməklik umurlar.
    Hazırda hadisə ilə bağlı adiyatı qrumlar araşdırma aparırlar. 
    AsiyaTV yanan bazardan hazırladığı video reportajı təqdim edir:
    PAYLAŞ:

    Oxşar xəbərlər