Evi yanan eks-deputat danışdı: "Olur belə hallar"

Evi yanan eks-deputat danışdı: "Olur belə hallar"
  • Olay

  • Xəbər verdiyimiz kimi, bu gün Şəmkir şəhərində iki mərtəbəli evdə yanğın hadisəsi baş verib. Yanan ev eks-deputat Sona Əliyevaya məxsus olub.

    Sona Əliyeva hadisə ilə bağlı AZXEBER.COM-a açıqlama verib. O, qeyd edib ki, ev qayınatasına məxsus olub:

    "Yanan ev mənim qayınatama məxsusdur, mən bu evə gəlin gəlmişəm. Uzun illərdir ki, bu evdə yaşayırıq. Yəni, ev mənim ailəmə məxsusdur. Amma sənədli olaraq qayınatama məxsusdur”.

    Sona Əliyeva həmçinin bildirib ki, xəsarət alan yoxdur və evə ciddi ziyan dəyməyib:

    "Amma ciddi bir şey baş verməyib. Qaraj yanıb. Yataq otağının biri çox yüngül yanıb. Başqa heç bir şey yoxdur. Sadəcə hiss, tüstü var, ev çirklənib. Başqa heç bir şey yoxdur. Hamı qaydasındadır. Salamatlıqdır. Rayon evləri köhnə evlərdir, olur belə hallar, qısaqapanma baş verir”.
    Aydın Nuri
    PAYLAŞ:

    Oxşar xəbərlər