Lənkəran Dövlət Dram Teatrında premyera baş tutacaq

Lənkəran Dövlət Dram Teatrında premyera baş tutacaq
  • Lənkəran / Mədəniyyət

  • Lənkəran Dövlət Dram Teatrında “Cəmilə” tamaşasının premyerası keçiriləcək.

    Asiya.az xəbər verir ki, İmran Ali Qurbanın Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirdiyi tamaşanın premyerası 14 oktyabr saat 16:00-da baş tutacaq.

    Tamaşa sevmədiyi adamla evlənmək məcburiyyətində qalan, məhəbbətin dadını hiss etməyən Cəmilə adlı qız haqqındadır. Müharibənin başlanması ilə ailənin də yükünü çəkmək məcburiyyətində qalan Cəmilə, nəhayət, əsl sevgisini tapır.

    Biletləri teatrın kassasından əldə edə bilərsiniz. Premyeraya biletin qiyməti 5 manat təşkil edir.
    Ətraflı məlumat üçün: (+99451) 750-06-75, (+99451) 601-31-40, (02525) 5-49-73.
    PAYLAŞ:

    Oxşar xəbərlər