![Gənc Tamaşaçılar Teatrı “18+” tamaşa göstərəcək](/templates/Default/dleimages/no_image.jpg)
Asiya.az xəbər verir ki, mono-tamaşanın rejissoru Ayla Osmanovadır.
Səhnə əsərində Leyla obrazını aktrisa Səbinə Məmmədova canlandırır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova, səhnə tərtibatı Reyhan Aslanovaya aiddir.
“18+” olan tamaşa gənc və gözəl Leylanın taleyindən bəhs edir. “Mən öləndə, ağlama” tamaşasının premyerası martın 29-u saat 19:00-da Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində baş tutacaq.