Asiya.az Azertac-a istinadən xəbər verir ki, Səhnə əsərində cəmiyyətimizdə insanların səhhətinə, psixoloji durumuna, sosial-iqtisadi vəziyyətinə neqativ təsir göstərən, cinayətlərin artmasına səbəb olan narkomaniyanın və narkotik vasitələrin törətdiyi fəsadların iki qohum ailənin faciəsinə necə yol açmasından bəhs edilir. Belə ki, narkomaniyaya aludə olan Xalidə dünyaya şikəst gətirdiyi oğlan uşağından – Nahiddən hələ onun körpəliyi zamanı imtina etmişdir. İkinci oğlu Orxan isə məhz Xalidənin etinasızlığı və laqeydliyi ucbatından narkomaniyaya qurşanaraq acınacaqlı həyat tərzi keçirir. Son nəticədə o, anlaqsız hərəkətləri ilə doğma əmisi qızı Nərgizi bədbəxt edir.
Maraqla izlənilən tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
Rolları aktyorlardan Miraslan Ağayev (Eldar), Təranə Fərəcova (Xalidə), Emil Rzayev (Orxan), Saleh Əzimzadə (Nahid), Qızılgül Quliyeva (Reyhan), Rauf Zeynalov (Akif), Aysel Babazadə (Nərgiz) və Şəbnəm Hüseynova (Sevda) ifa ediblər.