Mübariz Qurbanlı Masallıda vətəndaşları qəbul etdi - FOTOLAR

Mübariz Qurbanlı Masallıda vətəndaşları qəbul etdi - FOTOLAR
  • Cəlilabad / Yardımlı / Masallı / Manşet / Sosial

  • Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 10-da Masallı rayon Heydər Əliyev Mərkəzində Cəlilabad, Yardımlı və Masallı rayonlarından olan vətəndaşları qəbul edib.

    Asiya.az xəbər verir ki, qəbuldan əvvəl DQİDK sədri Mübariz Qurbanlı və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

    Qəbula gələn vətəndaşlar dini icmaların kitablarla təmin edilməsi, dini təhsil, dini maarifləndirmə işinin genişləndirilməsi, habelə digər məsələlərlə bağlı müraciətlər ediblər.

    Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.





    PAYLAŞ:

    Oxşar xəbərlər