Yaponiyadan gözlənilməz qərar: Qış Olimpiya Oyunlarına ev sahibliyi etməkdən imtina etdi

Yaponiyadan gözlənilməz qərar: Qış Olimpiya Oyunlarına ev sahibliyi etməkdən imtina etdi
  • İdman

  • Yaponiya Olimpiya Komitəsi (JOC) 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarının Sapporoda keçirilməsi təklifindən imtina edib.
     
    Asiya.az xarici mətbuata istinadən xəbər verir ki, JOC prezidenti Yamaşita Yasuhiro və Sapporo şəhərinin meri Akimoto Katsuhiro paytaxt Tokioda keçirdikləri görüşdən sonra mətbuata açıqlama verərək, 2030-cu il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ölkənin şimalındakı Sapporo şəhərinin təklifindən imtina etdiklərini bildirib.
     
    Bildirilib ki "Tokio 2020"-də adları korrupsiya və rüşvət almaqda hallandığı üçün belə addım atılıb. 

    1972-ci ildə Qış Oyunlarına ev sahibliyi edən Hokkaydonun paytaxtı Sapporo da məşhur namizəd şəhərlər arasında idi.
    PAYLAŞ:

    Oxşar xəbərlər