Masallıda Füzuli şəhəri günü qeyd edilib - FOTOLAR

Masallıda Füzuli şəhəri günü qeyd edilib - FOTOLAR
  • Masallı / Mədəniyyət

  • Oktyabrın 16-da N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində 17 Oktyabr – Füzuli şəhəri günü qeyd edilib.

    Asiya.az xəbər verir ki, tədbirdə mədəniyyət işçiləri, ziyalılar və Vətən müharibəsi qaziləri iştirak edib.
     
    Əvvəlcə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını itirmiş həmvətənlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. 
     
    Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmailov 17 oktyabr 2020-ci ildə ordumuzun uğurlu döyüş əməliyyatları ilə Füzuli şəhərinin azad edilməsi tarixindən danışıb, əlamətdar günün təsis edilməsinin ölkə həyatı üçün mühüm hadisə olduğunu vurğulayıb. O, həmçinin Füzuli şəhərində aparılan bərpa-quruculuq işləri, o cümlədən yeni nəqliyyat və sosial infrastrukturunun yaradılması, "Böyük qayıdış" planı çərçivəsində məcburi köçkünlərin doğma yurd yerlərində məskunlaşdırılmasından bəhs edib. Bununla yanaşı, Vəkil İsmailov oktyabr ayında azad edilmiş Zəngilan və Qubadlı şəhərlərinin tarixi, coğrafi mövqeyi və iqtisadi-təsərrüfat potensialından, bu şəhərlərlə bağlı əlamətdar günlərin qeyd edilməsinin tarixi əhəmiyyətindən söz açıb.
     
    Digər çıxışçılar Füzuli şəhərinin işğaldan azad edilməsi ilə tarixi ədalətin bərpa olunduğunu, həmçinin son hərbi əməliyyatlarla işğal altında olan digər şəhər və rayonlarımızın azad edildiyini bildiriblər.








    PAYLAŞ:

    Oxşar xəbərlər