Bağlanan “Muğan Bank” kimindir? - "Bütün ailə professordur..." - FAKTLAR

Bağlanan “Muğan Bank” kimindir? - "Bütün ailə professordur..." - FAKTLAR
  • İqtisadiyyat / Araşdırma

  • Mərkəzi Bank bu gün Azərbaycanda daha bir bankın lisenziyasını ləğv edib. Belə ki, 1992-ci ildən fəaliyyətə başlayan "Muğan Bank” artıq müflis elan olunub.

    Mərkəzi Bankın bu gün açıqlanan qərarından dərhal sonra "Muğan Bank”ın internet səhifəsi də bağlanıb.

    Sosial şəbəkələrdə "Muğan bank” ASC-nin sahiblərinin kim olduğuna dair müxtəlif fikirlər yazılır.

    Qeyd edək ki, bankın əsas səhmdarları Munir və Samir Vəliyev qardaşlarıdır.

    Onlar Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin oğlanlarıdır.

    Rektorun böyük oğlu Samir Vəliyev həm də Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədridir. Ə.Vəliyevin digər oğlu Munir Vəliyev isə Odlar Yurdu Universitetinin 1-ci prorektorudur. Onların hər ikisi profesordur.

    Əməkdaşımız "Muğanbank”ın bağlanmasına professor Əhməd Vəliyevin reaksiyasını öyrənməyə cəhd etsə də, rektor telefon zənglərinə cavab verməyib.

    modern.az
     
    PAYLAŞ:

    Oxşar xəbərlər