Təbii ki, müqavilə bağlanıb, borc ödənilməlidir. Lakin qazi polkovnik bu vətən üçün ölümün pəncəsindən çıxmış qəhrəman idi, onun kimi qazilər sayəsində biz dinc yaşayır, “Muğanbank” təhlükəsiz şəraitdə fəaliyyət göstərir, ona görə borcunu ödəməsi üçün ona möhlət vermək, şans tanımaq, güzəşt etmək, yaxud müddəti uzatmaq olardı. Ancaq bank qazinin yaxasından yapışıb, məhkəmədə onu çərlədərək həyatına son qoyublar. Məgər, bank sahibi, “Odlar yurdu”nun rektoru Əhməd Vəliyev bir qazimizə güzəşt edə bilməzdi? “Muğanbank” müxtəlif yollarla gəlir əldə edir, polkovnikə möhlət vermək olmazdı ki?! Məlum olur ki, qazi evdən çıxanda 3 manatı varmış.
Evinə bazarlıq edəndən sonra (1 kiloqram pomidor, çörək və digər ərzaq məhsulları alıb) oğlundan 5 manat götürüb ki, məhkəməyə gedir, pensiya kartını blokladığına görə.
Zabitin “MuğanBank”a 11 min manat borcu varmış.
Və gəlib məhkəməyə, icra məmurları Aqil Məmmədov və Orxan Bağırov Şahmurad Məmmədovu hövsələdən çıxarırlar və zabitimiz qızının gözləri önündə canını tapşırır. İndi bu hadisə üzrə araşdırma aparılmalı, icra məmurları və bankın səlahiyyətli şəxsləri istintaqa cəlb olunmalıdırlar.