İcra başçısı Ərkivan sakinləri ilə görüşdü - FOTOLAR

İcra başçısı Ərkivan sakinləri ilə görüşdü - FOTOLAR
  • Masallı / Manşet / Sosial

  • Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Ərkivan qəsəbə inzibati ərazi dairəsinin Allahyarlı kəndində keçirib.

    Asiya.az xəbər verir ki, tədbir başlamazdan öncə vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamlayaraq səyyar görüş-qəbulunu açıq elan etmişdir. Sonra sözü Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayevə verərək rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verməsini istəmişdir.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilmiş və vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.




    PAYLAŞ:

    Oxşar xəbərlər