Masallı Rayon İcra Hakimiyyətinin başçısı Masallı şəhərində vətəndaşların görüş-qəbulunu keçirib

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Masallı şəhərində vətəndaşların görüş-qəbulunu keçirib
  • Masallı / Manşet / Sosial

  • 31 yanvar 2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov Masallı şəhər ərazisində vətəndaşların növbəti səyyar görüş-qəbulunu keçirmişdir.

    Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak etmişdir.

    İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qaldırılan məsələlər barədə vətəndaşların müraciətinə həsasslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. 

    Məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.







    PAYLAŞ:

    Oxşar xəbərlər