Yeni nazir kimdir?

Yeni nazir kimdir?
  • Araşdırma / Siyasət

  • Prezident İlham Əliyev Vüqar Valeh oğlu Mustafayevin müdafiə sənayesi naziri təyin olunması ilə bağlı Sərəncam imzalayıb.

    Asiya.az yeni nazirin dosyesini təqdim edir:

    Vüqar Mustafayev 1986-cı ildə Bakıda anadan olub. O, Dövlət İdarəçilik Akademiyasını, daha sonra isə Xəzər Universitetinin magistr proqramıni bitirib. 

    "Certified İnternal Auditor ( CİA)” – Beynəlxalq Daxili Auditor və "İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisaslaşmış kvalifikasiyaya sahibdir.

    Dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan "Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib. 

    2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub. Həmin ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının Sədri olaraq fəaliyyət göstərib.

    2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.

    Azərbaycan Prezidentinin 15 Mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunmuşdu. Nazir təyinatınadək həmin vəzifədə idi.

    Ailəlidir, iki övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər