Prezidentin önəmli vəzifəyə təyin etdiyi Zaur Mikayılov kimdir? - DOSYE

Prezidentin önəmli vəzifəyə təyin etdiyi Zaur Mikayılov kimdir? - DOSYE
  • Araşdırma / Siyasət

  • Prezident İlham Əliyev Zaur Mikayılovla bağlı Sərəncam imzalayıb. Sərəncamla Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.  

    Asiya.az Rauf oğlu Mikayılovun dosyesini təqdim edir.

    Mikayılov Zaur Rauf oğlu Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib. O, "Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 

    2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib. 

    Daha sonra Zaur Mikayılov "PAŞA Construction" tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, "Port Baku Towers"in baş direktoru olub.

    "Bravo" supermarketlər şəbəkəsinə rəhbərlik etməmişdən öncə isə Zaur Mikayılov "Agro Dairy" MMC-də baş direktor vəzifəsini tutub. Adıçəkilən şirkət "PAŞA Holdinq"in strukturuna daxildir.

    2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

    Prezidentin bugünkü Sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.
    Aydın Nuri
    PAYLAŞ:

    Oxşar xəbərlər