Polis Lənkəranda odlu silahlar aşkarladı

Polis Lənkəranda odlu silahlar aşkarladı
  • Lənkəran / Hadisə

  • Lənkəran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son iki gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

    Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər