Cəlilabadda avtomat və 5 ədəd tüfəng aşkarlanıb

Cəlilabadda avtomat və 5 ədəd tüfəng aşkarlanıb
  • Cəlilabad / Hadisə

  • Profilaktik və əməliyyat tədbirləri nəticəsində Cəlilabadda 1 ədəd "Kalaşnikov" avtomatı, 5 ədəd tüfəng aşkarlanıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi ilə bağlı aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı “AK-47” markalı avtomat silahını, həmin silaha aid 1 ədəd darağı və 21 ədəd patronu polis şöbəsinə təhvil verib. 

    Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

    Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər