Masallıda ərazinin qazılaraq daşınmasının qarşısı alınıb

Masallıda ərazinin qazılaraq daşınmasının qarşısı alınıb
  • Masallı / Sosial

  • Ərazinin qazılaraq daşınmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yer təkinin istifadə qaydalarının pozulmasına qarşı tədbirlər davam etdirilir. 

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri sonuncu tədbir zamanı Masallı rayonunun Kosakül kəndində "Kamaz" markalı yük avtomobili ilə qanunsuz olaraq daş-çınqıl daşınmasından ötrü C.Cavadov tərəfindən ərazidə qazıntı işlərinin aparıldığı aşkarlanıb. Aşkarlanan faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər