Masallıda “Narkomaniyaya və erkən nikahlara yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib - FOTO

Masallıda “Narkomaniyaya və erkən nikahlara yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib - FOTO
  • Masallı / Sosial

  • Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Kəlbihüseynli kənd tam orta məktəbində “Narkomaniyaya və erkən nikahlara yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib. 

    Asiya.az xəbər verir ki, çıxış edən RPŞ-nin cinayət-axtarış bölməsinin rəisi, polis kapitanı Nəsimi Cəfərov, yetkinlik yaşına çatmayanlarla işin təşkili qrupunun baş inspektoru, polis kapitanı Samid Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat veriblər. Diqqətə çatdırılıb ki, narkotik aludəçiliyi təkcə həmin şəxsin özü üçün deyil, eləcə də ailəsi və yaxınları üçün faciələrə səbəb olur. Bu gün narkomaniya insanların sağlamlığı ilə yanaşı, onların mənəvi dünyasına, bundan əlavə isə cəmiyyətin bir çox digər sahələrinə də sağalmaz yaralar vurur. 
    Çıxışlarda erkən nikahların səbəb olduğu ağır nəticələrdən, bu kimi neqativ hallara qarşı görülən işlərdən də söz açılıb.

    Sonra müzakirə olunan mövzularla əlaqəli videçarxlar nümayiş olunub və məktəblilərin sualları cavablandırılıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər