Boradigahda "Narkomaniyaya və erkən nikahlara yox deyək!" mövzusunda tədbir keçirilib - FOTO

Boradigahda "Narkomaniyaya və erkən nikahlara yox deyək!" mövzusunda tədbir keçirilib - FOTO
  • Masallı / Sosial

  • Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbində "Narkomaniyaya və erkən nikahlara yox deyək!" mövzusunda tədbir təşkil olunub. 

    Asiya.az xəbər verir ki, çıxış edən Masallı RPŞ-nin Boradigah polis bölməsinin rəisi, polis mayoru Pərviz Məmmədov, şöbənin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis kapitanı Samid Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşı Abbas Abbaszadə və digər aidiyyəti qurumların nümayəndələri bildiriblər ki, narkomaniya, narkotiklərin qanunsuz istehsalı və yayılması bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli və qlobal problemlərdəndir. Təəssüflər olsun ki, bu ümumbəşəri problem ölkəmizdən də yan keçməyib. Narkotiklərin cəmiyyət üçün təhlükəsi artdıqca onunla mübarizənin gücləndirilməsi zərurəti də artır və aktuallaşır. Tədbirdə həmçinin erkən nikahların səbəb olduğu ağır nəticələrdən, bu kimi neqativ hallara qarşı görülən işlərdən söz açılıb.
    Sonra müzakirə olunan mövzularla əlaqədar videoçarxlar məktəblilərə nümayiş etdirilib.



    PAYLAŞ:

    Oxşar xəbərlər