“Biz gəlirik” Masallıda

“Biz gəlirik” Masallıda
  • İdman

  • “İdman hamı üçün” layihəsi çərçivəsində keçirilən növbəti tədbir Masallı şəhərində baş tutdu.

    2 dekabr 2023-cü il tarixdə “Biz gəlirik” layihəsinin növbəti məkanı - Masallı şəhəri oldu.

    Voleybol, futbol, boks, stolüstü oyun, gimnastika, taekvondo və digər idman növləri üzrə nümunəvi çıxışlar göstərildi. 
    Çıxışlar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Lənkəran Uşaq Gənclər İdman Məktəbinin və Masallı Uşaq Gənclər İdman Məktəbinin peşəkar müəllimlərinin rəhbərliyi altında keçirildi.

    Tədbir şəhər sakinlərinin böyük marağına səbəb oldu. Tədbirdə fərqlənən iştirakçılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin sertifikatları ilə təltif ediliblər. 











    PAYLAŞ:

    Oxşar xəbərlər