Masallıda “Heydər Əliyev və Statistika” adlı tədbir keçirildi - FOTOLAR

Masallıda “Heydər Əliyev və Statistika” adlı tədbir keçirildi - FOTOLAR
  • Masallı / Manşet / Sosial

  • Masallı Rayon Statistika İdarəsinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallı rayonunda Ulu Öndərin 100-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və Statistika” mövzusunda elmi-praktiki tədbir keçirilib.

    Asiya.az xəbər verir ki, tədbirdə Masallı Rayon Statistika İdarəsinin, Masallı Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, icra nümayəndələrinin müavinləri, mühasibləri, Statistik hesabat təqdim edən orqanların məsul əməkdaşları, Masallı Dövlət Regional Kollecinin iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələri və media nümayəndələri iştirak ediblər
        
    Tədbir iştirakçıları öncə Masallı rayonunun mərkəzində ucaldılan Ulu Öndərin abidəsini ziyarət ediblər.
            
    Tədbir Dövlət Himninin sədaları altında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
            
    Tədbiri giriş sözü ilə açan Masallı Rayon Statistika İdarəsinin rəisi                                  Ramin Bəgəlizadə Ulu öndərin Statistika sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, məhz onun dövründə “Rəsmi statistika haqqında” qanunun qəbul edilməsi ilə statistika tarixində xüsusi dövrün başladığını vurğulamışdır. 

    Sonra Masallı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov Ulu Öndərin həyat və fəaliyyətindən bəhs etmiş və Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədova tədbirin təşkil olunmasında göstərdiyi köməkliyi görə dərin minnətdarlığını bildirmişdir.
            
    Tədbirdə Masallı Rayon Statistika İdarəsinin əməkdaşları rayonun Sosial-iqtisadi inkişafını xarakterizə edən göstəricilər haqqında iştirakçılara ətraflı məlumat vermişdirlər.
             
    Tədbirdə statistika sahəsində iştirakçıları maraqlandıran suallar cavablandırılmış və geniş diskursiya aparılmışdır.
            
    Tədbirin sonunda il ərzində Statistik hesabatları vaxtında və keyfiyyətli təqdim edən respondentlərin mükafatlandırılması həyata keçirilib.












    PAYLAŞ:

    Oxşar xəbərlər