Masallıda “Xocalı-Şəhid Şəhər” adlı tamaşa-kompozisiya nümayiş edildi

Masallıda “Xocalı-Şəhid Şəhər” adlı tamaşa-kompozisiya nümayiş edildi
  • Masallı / Mədəniyyət

  • 23 fevral 2023-cü il tarixdə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Xocalı-Şəhid Şəhər” adlı tamaşa-kompozisiya təqdim olunub.

    Tamaşanı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, rayon Polis Şöbəsinin, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları, mədəniyyət nümayəndələri, Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, kollecin şagird və müəllim kollektivi, Xocalıdan olan məcburi köçkün ailəsi, yerli media nümayəndələri, həmçinin digər rayon rəsmiləri izləyib.

    Əvvəlcə mərkəzin foyesində təşkil edilmiş Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin və Masallı Dövlət Rəsm Qalereyasının rəssamlarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra soyqırım qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktor müavini Dİlarə Hüseynova qeyd edib ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Bir daha 31 il əvvələ qayıdır, o amansız soyqırımını, onun günahsız qurbanlarının xatirəsini yenidən yad edirik. Daha sonra tamaşa nümayiş olunub.

    Qeyd edək ki, tamaşanın quruluşu Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyevə, musiqisi Ruslan Zahidova, səhnə tərtibatı isə Elsevər Əliyevə aiddir. Rolları Masallı Xalq Teatrının aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri ifa ediblər.



    PAYLAŞ:

    Oxşar xəbərlər