Bayramdan sonra dərs nə vaxt başlayacaq? - Nazirlik açıqlandı

Bayramdan sonra dərs nə vaxt başlayacaq? - Nazirlik açıqlandı
  • Sosial

  • Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir.

    Asiya.az xəbər verir ki, bu barədə elm və təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 4 yanvar tarixləri müəyyən olunub.

    Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il dekabrın 30-u şənbə, 2023-cü il dekabrın 31-i və 2024-cü il yanvarın 7-si tarixləri bazar günlərinə təsadüf edir.

    Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 2023-cü il dekabrın 31-i, 2024-cü il yanvarın 1, 2, 3, 4, 5 və 6-sı qeyri-iş günü olacaq. Yeni ilin ilk iş günü isə yanvarın 7-dən başlayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər