Nazirlikdə işləmək istəyənlərin nəzərinə! - Vakansiya var

Nazirlikdə işləmək istəyənlərin nəzərinə! - Vakansiya var
  • Sosial

  • Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə sıravi və kiçik rəis heyəti üzrə sürücü vəzifəsinə sənəd qəbulu elan edir.

    Bu barədə Asiya.az-a nazirlikdən məlumat verilib.
    Bildirilib ki, işə qəbulla bağlı müsabiqədə Bakı şəhəri və Abşeron rayonunda daimi qeydiyyatda olan, həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 10.01.2024-cü il tarixinədək tamam olmayan, boyu 170 sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, "BC” kateqoriyalı sürücülük vəsiqəsinə sahib və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunla müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
    Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq işə qəbul formasını doldurub [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər