Cəlilabadda "Narkomaniya ümumbəşəri bəladır!" mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirilib - FOTO

Cəlilabadda "Narkomaniya ümumbəşəri bəladır!" mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirilib - FOTO
  • Cəlilabad / Sosial

  • Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 3 nömrəli tam orta məktəbdə "Narkomaniya ümumbəşəri bəladır!" mövzusunda şagirdlərlə maarifləndirici görüş təşkil olunub.

    Asiya.az xəbər verir ki, çıxış edən Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev bildirib ki, bu gün ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur.  Sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Burada əsas məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmasına nail olmaqdır.
    Sonra digər iştirakçıların çıxışları dinlənilib və məktəblilərin sualları cavablandırılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər