Lerikdə “Narkomaniya ümumbəşəri bəladır!” mövzusunda maarifləndirici görüş keçirilib

Lerikdə “Narkomaniya ümumbəşəri bəladır!” mövzusunda maarifləndirici görüş keçirilib
  • Lerik / Sosial

  • Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Anbu kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır!” mövzusunda maarifləndirici görüş keçirilib.

    Asiya.az xəbər verir ki, çıxış edən Lerik RPŞ-nin rəisi, polis polkovniki Ramil Mustafayev insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən, bəşəriyyətin ən ağrılı problemlərindən sayılan narkomaniya haqqında məktəblilərə geniş məlumat verib.Şöbə rəisi yeniyetmə və gəncləri hamılıqla narkomaniyaya yox deməyə çağırıb və qeyd edib ki, “ağ ölüm” təkcə bu bəlaya qurşanan insanların sağlamlığı, mənəviyyatı üçün deyil bütövlükdə bəşəriyyətin gələcəyi üçün real təhlükədir.

    PAYLAŞ:

    Oxşar xəbərlər