"Shark Logistics" futbolçulara ziyafət verdi - FOTOLAR

"Shark Logistics" futbolçulara ziyafət verdi - FOTOLAR
  • Masallı / İdman / Manşet

  • "Shark Logistics" Beynəlxalq Yükdaşıma və Loqostika şirkəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə “Ərkivan” Futbol Klubu üçün ziyafət təşkil edib.

    Asiya.az xəbər verir ki, ziyafət mərasimində klubun üzvləri ilə yanaşı "Shark Logistics" Beynəlxalq Yükdaşıma və Loqostika şirkətinin baş direktoru Amid İbadov, Lənkəran-Astara Regional Gənclər İdarəsinin Masallı rayon sektorunun müdiri Sabiq Cahangirov, “Asiya.az” Xəbər Portalının baş redaktoru Cəfər Cəfərov və digər qonaqlar iştirak edib.
    Çıxış edənlər “Ərkivan” Futbol Klubuna uğurlar, yeni ildə yeni qələbələr arzu edib.

    Qeyd edək ki, “Ərkivan” Futbol Klubuna hazırda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası komandalar arasında keçirilən AFFA Region Liqasının Cənub zonası liqasında oynayır.







    PAYLAŞ:

    Oxşar xəbərlər