Ərkivan Nərd Birinciliyi keçiriləcək - ELAN

Ərkivan Nərd Birinciliyi keçiriləcək - ELAN
  • İdman / Araşdırma

  • Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə 30 dekabr, saat 09:30-da Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “Portağal” kafedə Ərkivan Nərd Birinciliyi keçiriləcək.

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günün münasibətilə keçirilən yarışın məqsədi qəsəbə sakinləri arasında birlik, həmrəylik nümayiş etdirmək, asudə vaxtın səmərəli təşkili, idmana maraq artırmaqdan ibarətdir.

    “Shark Logistics” Beynəlxalq Nəqliyyat və loqostika şirkətinin sponsorluğu ilə keçirilən yarışda qaliblərə medallar, diplomlar, qiymətli hədiyyələrlə yanaşı 1-ci yerin sahibinə 300 azn, 2-ci yerin sahibinə 200 azn, 3-cü yerin sahibinə 100 azn pul mükafatı veriləcək.

    Yarışın şərtlərinə gəlincə, Birincilikdə yalnız Ərkivan qəsəbəsinin sakinləri iştirak edə bilər. Yaş məhdudiyyəti yoxdur. Oyunçular yarışda iştirak etmək üçün 10 azn ödəniş edəcəklər. Yığılan vəsait Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən qəsəbədə görülən xeyriyyə işlərinə sərf ediləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər