Ərkivan Xeyriyyə Cəmiyyətinin 2023-cü il HESABATI

Ərkivan Xeyriyyə Cəmiyyətinin 2023-cü il HESABATI
  • Cəmiyyət / Araşdırma

  • 2023-cü il Ərkivan Xeyriyyə Cəmiyyətinin aktiv fəaliyyəti ilə yadda qaldı.

    24 iyul tarixində "Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin təşəbbüsü ilə qəsəbədən olan bir qrup ziyalı, sahibkar bir araya gəldi. Tanımış xeyriyyəçi iş adamları - Məşkur Qasımov, Hikmət Məmmədov, Abdulla Abdullayev, Hacı Rəşad Mirzəyev, Mirmahmud Bağırov, Lənkəran-Astara Gənclər və İdman İdarəsinin Masallı sektorunun müdiri Sabiq Cahangirov, Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə dairəsi üzrə nümayəndəsi Əhməd Əhmədov və digərlərinin iştirak etdiyi tədbir çay süfrəsi arxasında diskussiya şəraitində keçdi. Məşkur Qasımovun təşəbbüsü ilə dünyanın müxtəlif yerlərində yaşayan ərkivanlılar xeyirxah işlərdə daha aktiv olmaları üçün vatsap proqramı üzərində “ƏRKİVAN” qrupu yaradıldı. Qrupda qəsəbə üçün sosial, mədəni, idman, təhsil və sair sahələrdə görülməsi vacib olan məslələr gündəmə gətirilir, müzakirələr aparılır və münasib olduqda bu layihələr reallaşdırılır. 


    Xeyriyyə Cəmiyyətinin gördüyü ən böyük işlərdən biri qəsəbə şəhidlərinin xatirələrin əbədiləşdirilməsi oldu

    "Ərkivan Şəhidlər parkı"-nda 1-ci Qarabağ döyüşünün şəhidlərinin mərmər lövhələri olsa da Vətən müharibəsi şəhidləri üçün belə lövhələr hazırlanmamışdı. Bu məqsədlə 4 şəhid lövhəsinin hazırlanmasını Elçin Cəfərov, 1 şəhid lövhəsinin hazırlanmasını Hümmət Kazımov üzərinə götürdü. Qasımov qardaşları tərəfindən yaradılan park uzun illər idi təmir edilmirdi. Amid İbadovun dəstəyi ilə parkda əsaslı təmir işləri görüldü. Belə ki, abidənin mişar daşlarından olan döşəmə hissəsi şilfofka edildi, divarlar və lövhələr boyandı. Köhnəlmiş məlumat xarakterli yazılar yeni, daha keyfiyyətli yazılarla əvəz olundu, sökülən səkilər təmir edildi. İndi Şəhidlər Parkı qəsəbənin ən gözoxşayan yerlərindən biridir. Qəsəbədə keçirilən tədbirlər burada şəhidlərimizin xatirəsinə ucaldılan abidənin ziyarəti ilə başlayır.


    Şəhid xatirələrinin əbədiləşdirilməsi üçün görülən digər iş isə qəsəbədən olan 23 şəhidin yaşadıqları evlərin önünə 60×80 sm ölçüsündə qara mərmərdən hazırlanan barelyeflər vuruldu. 

    Bu işin reallaşmasında Əliməmməd Nuriyev, Rəşad Mirzəyev, İlqar Əliyev, Süleyman Həsənov, Şərafət Əhədov, İntiqam Məmmədov, Hikmət Məmmədov, Rusif Kərimov, Amid İbadov, Elçin Cəfərov, Aydın Kazımov, Mirmahmud Bağırov, Məşkur Qasımov, Qasıməli Qasımov, Sucayət Qasımov bizə dəstək oldular. 

    Barelyeflər bərkidilən 10 şəhid evində kiçik təmir işləri də görüldü ki, bu işlərə də Əlisa Allahverdiyev, Rahim Kazımov, Rameş Heybətov, Əlibaba və Miriş Paşayevlərin dəstəyi ilə başa gəldi.


    Ərkivan Qəsəbə Nümayəndəliyinin və “Ərkivan Xeyriyyə Cəmiyyəti”nin birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü və 8 noyabr – Zəfər günü təntənəli qeyd edildi. Hər iki tədbirdə iştirakçılar yeni təmirdən çıxmış “Ərkivan şəhidlər parkı”nda ucaldılan abidə kompleksini ziyarət edərək, qarşısına gül dəstələri düzdülər. Daha sonra tədbir iştirakçıları Lokal antiterror əməliyyatları zamanı şəhid olan Ramil Məmmədovun məzarı və ailəsi ziyarət etdilər.

    Xeyriyyəçilər tərəfindən hər zaman qəsəbənin şəhid ailələrinə diqqət və qayğı göstərilir. Vətən müharibəsi iştirakçısı hərbi xidmət zamanı həlak olan İlkin Zöhrabovun da ailəsi bu qayğıdan kənarda qalmır. Hələ ki, şəhidlik statusu verilməsə də qəsəbə sakinləri İlkini şəhid bilib, ailəsinə diqqət göstərir. İlkinin ölüm səbəbi hazırda Gəncə Apellyasiya Məhkəməsində araşdırılır. Məhkəmə prosesində vəkillə təmin olunması üçün qəsəbə xeyiriyyəçiləri ailəyə 2600 azn maddi köməklik göstərib.   

     

    Hümmət Kazımovun rəhbərliyi ilə xeyirxan qəsəbə sakinləri Abaslı küçəsindən Həsənəküçə məscidinə gedən 250 metr uzunluğu olan küçən zibilliklərdən, kol-kosdan təmizlənib, 5 yük maşını qum-çınqıl tökülərək, hamarlanmışdır. 


    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimovun dəstəyi ilə qəsəbənin Ramazanlı məhəlləsində 100 metr, digər məhəllələrdə ümumi uzunluğu 300  metr olan suötürücü kanallar lil və kol-kosdan təmizlənmişdir.

     

    47 saylı Yol İstismarı MMC-nin direktoru Mirmahmur Bağırov tərəfindən Şəhid Mahir Binyatov küçəsin 100 metrlik hissəsinə asfalt qırıntıları tökülmüş, 300 metrlik hissəsi isə asfaltlanmışdır. Qeyd edək ki, 47 saylı Yol İstismarı MMC tərəfindən qəsəbədə olan bir neçə şəhid küçəsi də asfaltlanıb.

     

    Bunlardan əlavə olaraq Amid İbadov 3 ədəd kondisioner alaraqGöllü Mərasim evinə hədiyyə edib. “Kükürdlü bulaq" qəsəbə sakinləri tərəfindən əsaslı təmir edilib, bulağa gidromotor qoyularaq, işıq xətti çəkilib.

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Hikmət Məmmədov tərəfindən şəhid və qazi ailələri də daxil olmaqla hər biri 60 manat dəyərində olan sovqat bağlamaları 100-dən artıq aztəminatlı ailələrə paylanılıb.

     

    Bu ilin sonuncu tədbiri isə “Shark Logistics” Beynəlxalq Nəqliyyat və loqostika şirkətinin sponsorluğu ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən Ərkivan Nərd Birinciliyi oldu. Yarışın keçirilməsinin əsas məqsədi qəsəbə sakinləri arasında birlik, həmrəylik nümayiş etdirmək, asudə vaxtlarının səmərəli təşkili, idmana maraq artırmaqdan ibarət olub. Medal və diplomlarla yanaşı yarışın qaliblərinə sponsor tərəfindən 1-ci yerə 300 azn, 2-ci yerə 200 azn, 3-cü yerə 100 azn pul mükafatı verilib. 

    Qeyd edilənlər Ərkivan Xeyriyyə Cəmiyyətinin 2023-cü ildə keçirdiyi aksiyalar, gördüyü işlərdir. 2024-cü ildə Cəmiyyətimizin dövlət qeydiyyatından keçərək daha böyük uğurlara imza atacağına inanırıq. 

    Gücümüz birliyimizdir!

    Cəfər Cəfərov,

    Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri

    PAYLAŞ:

    Oxşar xəbərlər