Masallı polisi şəhid qardaşların ailəsini ziyarət edib - FOTO

Masallı polisi şəhid qardaşların ailəsini ziyarət edib - FOTO
  • Masallı / Sosial

  • Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Vətən müharibəsi Qəhrəmanı şəhid İntiqam Əsgərli və onu qardaşı Aprel Döyüşləri şəhidi Nurlan Əsgərlinin ailəsinə baş çəkiblər.

    Asiya.az xəbər verir ki, Masallı Polis Şöbəsinin rəisi Azay Ağayevin də iştirak etdiyi görüşdə şəhid ailələri ilə həmsöhbət olub, qayğıları ilə maraqlanıblar.

    Şəhid İntiqam Əsgərlinin övladları Nur və İntiqam üçün alınan bayram hədiyyələrini onlara təqdim ediblər.

    Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhid qardaşların keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan bəhs olunub. Onların müqəddəs amal uğrunda canlarından keçdikləri, əziz xatirələrinin daim qəlbimizdə yaşayacağı bir daha vurğulanıb.

    Şəhid qardaşların anası Ziba xanım göstərilən diqqət və qayğıya görə minnətdarlıqını ifadə edib.






    PAYLAŞ:

    Oxşar xəbərlər