İlham Zəkiyev Masallı şəhidlərini ziyarət etdi - FOTOLAR

İlham Zəkiyev Masallı şəhidlərini ziyarət etdi - FOTOLAR
  • Masallı / Manşet / Sosial

  • İkiqat Parolimpiya Oyunları çempionu, üçqat dünya, səkkizqat avropa çempionu, 2015 Avropa Oyunları çempionu, Əməkdar idman ustası, Əməkdar məşqçi, Qarabağ müharibəsi qazisi, “Şöhrət” ordenli İlham Zəkiyev 26 iyun – Azərbaycanın Silahlı Qüvvələri Günü münasibətilə Masallıda şəhid ailələrini, şəhid məzarlarını ziyarət edib.

    Asiya.az xəbər verir ki, parolimpiya çempionu “Aprel döyüşləri” şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı şəhid İntiqam Əsgərlinin ev muzeyini ziyarət edib. Şəhid qardaşların valideynləri Bayram Əsgərov və Ziba Əsgərova qonağa şəhid övladları barədə məlumat verib, onların döyüş yolundan danışıb. İlham Zəkiyev şəhid İntiqam Əsgərlinin övladları Nur və İntiqam Əsgərli ilə maraqlanıb, onlarla xatirə şəkili çəkdirib.

    “Şöhrət” ordenli idmançı bu gün Ərkivan qəsəbə qəbiristanlığında uyuyan şəhidlərin məzarını ziyarət edib. Ziyarət mərasimində Masallı Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, İlahiyyatçı hacı Rameş Kazımov, “Asiya.az” Xəbər Portalının baş redaktoru Cəfər Cəfərov və şəhid mayor Anar Novruzovun oğlu Nihad Novruzov iştirak edib. İlham Zəkiyev şəhid mayorun övladının təhsili ilə maraqlanaraq, ona öz tövsiyələrini verib.

    Qeyd edək ki, İlham Zəkiyev Masallıya dünən baş tutan Uşaq və Yeniyetmələr arasında cüdo idman növü üzrə Masallı rayon Açıq turnirində iştirak etmək üçün təşrif buyuyub.








    PAYLAŞ:

    Oxşar xəbərlər