Lənkəranda pirotexniki vasitələrin satışına görə 5 nəfər inzibati məsuliyyətə cəlb edilib

Lənkəranda pirotexniki vasitələrin satışına görə 5 nəfər inzibati məsuliyyətə cəlb edilib
  • Lənkəran / Hadisə

  • Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Lənkəran rayonunda müxtəlif ərazilərdə 5 nəfər rayon sakini - E.Əliyev, A.Ağayev, S.Talıbov, E.Heydərov, T.Cabbarovun gizli şəkildə pirotexniki vasitələrin satışını apardığı müəyyən edilib.

    Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər