Masallı rayonunda məktəbli qızı nişanlamaq istəyiblər

Masallı rayonunda məktəbli qızı nişanlamaq istəyiblər
  • Masallı / Manşet / Sosial

  • Sosial şəbəkələrdə yayılan məlumata görə, 9-cu sinif şagirdi olan qızın və oğlanın ailəsi mərasimi keçirməyə hazırlaşıb. 

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a bildirilib ki, həmin ailə müəyyən edilib və qızın valideynləri Masallı Rayon Polis Şöbəsinə dəvət ediliblər. Onlarla izahedici söhbətlər aparılıb. Valideynlər hər hansı mərasimin keçirilmədiyini, gələcəkdə evliliyin baş tuta biləcəyi ilə bağlı qonşuluqda yaşayan ailə ilə aralarında razılıq olduğunu bildiriblər. 

    Həmçinin araşdırma zamanı azyaşlının dərsə davamiyyətinin də qaydasında olduğu müəyyən edilib. Sözügedən məsələ diqqətdə saxlanılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər