Ucarda 16 yaşlı qızın toyunda iştirak edən polis barəsində araşdırma başladıldı - AÇIQLAMA

Ucarda 16 yaşlı qızın toyunda iştirak edən polis barəsində araşdırma başladıldı - AÇIQLAMA
  • Olay

  • Ucarda yetkinlik yaşına çatmayan qızın toyunda iştirak edən polis əməkdaşı ilə bağlı araşdırma aparılır. 

    Toy məclisi Qaracallı kəndində dekabrın 17-də baş tutub. Mərasimin görüntüləri sosial şəbəkələrdə yayılıb. 

    Bildirilib ki, məclisdə Elçin Neymanov adlı polis əməkdaşı da mülki geyimdə iştirak edib.

    Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, həmin toy məclisində iştirak edən Ucar Rayon Polis Şöbəsinin əməkdaşı E.Neymanov barəsində də xidməti yoxlamalar aparılır:

    "Azyaşlının erkən nikaha daxil olması ilə bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
    PAYLAŞ:

    Oxşar xəbərlər