Cəlilabadda tələbə qızılcadan vəfat edib

Cəlilabadda tələbə qızılcadan vəfat edib
  • Cəlilabad / Sosial

  • Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib. 

    Asiya.az-ın məlumatına görə, rayonun Sabirabad kənd sakini, İbayeva Sevil Cabbar qızı bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. 

    Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış. 

    Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər