Lənkəranda yol nəqliyyat hadisəsi baş verib

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib
  • Lənkəran / Sosial

  • Lənkəranda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

    Asiya.az xəbər verir ki, hadisə axşam saatlarında Ələt - Astara magistralında Lənkəran rayonu ərazisində qeydə alınıb. "VAZ-2107" markalı minik avtomobili "Ford" markalı avtomobillə toqquşub. Qəza nəticəsində Astara rayonunun Çayoba kənd sakinləri 2004 - cü il təvəllüdlü İlqar İlham oğlu Səfərzadə, 2006 - cı il təvəllüdlü Şahlar Şahmar oğlu Əliyev və 2006 - cı il təvəllüdlü Seydəmir Anar oğlu Quliyev xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər