Cəlilabadda iki "VAZ" toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Cəlilabadda iki "VAZ" toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Cəlilabad / Hadisə

  • Cəlilabadda baş verən  qəzada xəsarət alanların kimliyi məlum olub.

    Xəsarət alanlar  Cəlilabad rayon sakinləri, 1947-ci il təvəllüdlü Püstəxanım Məmmədova, 
    1981-ci il təvəllüdlü Kamil Mirələmov, 2004-cü il təvəllüdlü Abidin Baloğlanov və 2002-ci il təvəllüdlü Röyal Ağaquliyevdir.

    19:49
    Cəlilabadda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

    Hadisə Cəlilabad-Yardımlı magistralında, rayonun Şatırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili ilə "VAZ 21011" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
    Hazırda xəsarət alanların kimliyi araşdırılır. 

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər