Masallıda keçmiş məhkumlardan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - FOTO

Masallıda keçmiş məhkumlardan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - FOTO
  • Masallı / Hadisə

  • DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

    Şöbə əməkdaşlarının Masallı şəhəri ərazisində keçirdikləri digər əməliyyat zamanı isə rayon sakini, əvvəllər məhkum olunmuş C.Talıbov saxlanılıb. Həmin şəxsdən 435 qram marixuana aşkarlanaraq götürülüb.

    Faktlarla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər