Lənkəranda yolların qarlı olması təcili tibbi yardım avtomobilərinin işini çətinləşdirib

Lənkəranda yolların qarlı olması təcili tibbi yardım avtomobilərinin işini çətinləşdirib
  • Lənkəran / Sosial

  • Lənkəranda qarlı hava şəraiti ilə bağlı müraciətlərin sayı çoxalıb.

    Asiya.az
    -ın Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından əldə etdiyi məlumata görə, ötən gün axşam saatlarından yağan qarla bağlı müraciətlərin sayı çoxalıb. Belə ki, ötən gündən səhər saat 9 kimi 66 müraciət daxil olub. Bu gün isə qarlı hava şəraiti ilə bağlı stansiyanın avtomobilləri ərazilərə çıxmağa çətinlik çəkirlər. Müraciətlər əsasən yüksək hərarət və əsasən də doğuşlarla bağlıdır. Rayonun Gəgiran kəndində hamilə qadını traktorla yaxın bir məsafəyə gətiriblər. Sonra qadını təcili tibbi yardım avtomobili götürərək aidiyyəti üzrə təhvil verib.
    Qeyd edək ki, Lənkəranda yollar qardan təmizlənmədiyi üçün nəqliyyatın hərəkətində problemlər qalmaqdadır.
    PAYLAŞ:

    Oxşar xəbərlər