Təcili tibbi yardım üçün işçi axtarılır

Təcili tibbi yardım üçün işçi axtarılır
  • Sosial / Manşet

  • Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına işə qəbulla bağlı elan verilib.

    Səhiyyə Nazirliyindən Asiya.az-a verilən məlumata görə, koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

    İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

    Tələb olunan sənədlər:

    - Ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır)

    - Şəxsiyyət vəsiqəsi

    - Diplom

    - İnternatura vəsiqəsi

    - Sertifikat

    - Əmək kitabçası
    PAYLAŞ:

    Oxşar xəbərlər