Sumqayıtdakı yanğınla bağlı xəstəxanaya gətirilənlərin sayı AÇIQLANDI

Sumqayıtdakı yanğınla bağlı xəstəxanaya gətirilənlərin sayı AÇIQLANDI
  • Olay

  • Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına doqquz daxilolma qeydə alınıb. Yeddi nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.

    Bu barədə Asiya.az-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

    O bildirib ki, hazırda iki nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır:

    "Həyatları üçün heç bir təhlükə yoxdur”.

    Qeyd edək ki, yanğın başlayan kimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerinə cəlb olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər