Dünyanın ən çox satılan 10 telefonu - FOTO

Dünyanın ən çox satılan 10 telefonu - FOTO
  • Maraqlı

  • "Visual Capitalist” şirkəti bütün zamanların ən çox satılan mobil telefonlarını açıqlayıb. 

    Asiya.az xəbər verir ki, texnologiya dünyasında köklü bir tarixə malik olan cib telefonları zamanla bir çox marka və modellə istifadəçilərlə qarşılaşıb.

    Bununla belə, bütün zamanların ən çox satılan mobil telefonları arasında köhnə modellər çox vaxt zirvədədir.

    Ən çox satılan telefonlar siyahısında ilk yeri 2009-cu ildə dayandırılana qədər altı il ərzində 250 milyon ədəddən çox satan Nokia 1100 tutur.

    Seriyanın digər modeli Nokia 1110 isə 248 milyon ədəd sataraq siyahıda ikinci yerdədir.

    Üçüncü yerdə cəmi 222 milyon ədədlə iPhone 6 və 6 plus qərarlaşıb. 

    Dünyada ən çox satılan 10 telefonu təqdim edirik:

    1. Nokia 1100 - 250 milyon
     

    2. Nokia 1110 - 248 milyon

    3. iPhone 6/6 Plus - 222 milyon

     4. Nokia 105 - 200 milyon

    5. iPhone 6S/6S Plus - 174 milyon

    6. iPhone 5s - 165 milyon

    7. Nokia 3210 - 161 milyon

    8. iPhone 7/7 Plus - 160 milyon
     
     
    9. iPhone 11 - 159 milyon

    10. iPhone XR / XS / XS Max - 151 milyon

     
    PAYLAŞ:

    Oxşar xəbərlər