Lənkəranda kişi meyiti tapılıb

Lənkəranda kişi meyiti tapılıb
  • Lənkəran / Sosial

  • Lənkəranda, kənd ərazi icra nümayəndəsi qardaşının meyiti tapılıb.

    Asiya.az-ın verdiyi məlumata görə Arzu Asəf oğlu Mirzəyevin meyiti Lənkəran rayonunun Osaküçə kəndi ərazisində tapılıb. Tapılan meyit aidiyyəti üzrə təhvil verilib. Məlum olub ki, A.Mirzəyev iki gün idi itkin düşmüşdü. Onun itkin düşməsi barədə rayon polis şöbəsinə də məlumat verilib. İki gün axtarışdan sonra meyit, yaxınları tərəfindən kənd ərazisindən keçən çaydan, körpünün altından tapılıb. 
    Qeyd edək ki, meyiti tapılan Arzu Mirzəyev, Osaküçə kənd ərazi icra nümayəndəsinin qardaşıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər