Sosial Xidmətlər Agentliyi(SXA) tabeliyində 5 saylı Uşaq sosial xidmətlər müəssisəsi(PHŞ) yaradılıb.
Asiya.az-ın verdiyi məlumata görə Nazirlər Kabinetinin 2023 - cü il dekabr ayında verdiyi qərara əsasən Lənkəranda Osman Mirzəyev adına qarışıq tipli uşaq evi Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Sosial Xidmətlər Agentliyinə verilib. Həmin qərardan irəli gələrək 14 fevral 2024 - cü ildə Sosial Xidmətlər Agentliyinin tabeliyində Lənkəranda Osman Mirzəyev adına 5 saylı Uşaq sosial xidmətlər müəssisəsi(PHŞ) yaradılıb. Yeni yaradılan müəssisəyə Samirə İsmayılova direktor təyin olunub.
Qeyd edək ki, əvvəlki direktor Samirə Şahgəldi qızı Quliyeva tutduğu vəzifəsindən azad olunub.