Astarada ölümlə nəticələnən yol qəzası baş verib - FOTO

Astarada ölümlə nəticələnən yol qəzası baş verib - FOTO
  • Lerik / Hadisə

  • Astarada piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədov idarə etdiyi "DAF" markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub. X.Hüseynova aldığı xəsarətlərdən ölüb. 

    Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər