Masallıda ağır yol nəqliyyat hadisəsi baş verib - iki nəfər öldü

Masallıda ağır yol nəqliyyat hadisəsi baş verib - iki nəfər öldü
  • Masallı / Hadisə

  • Masallıda iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, dekabrın 9-u saat 21 radələrində Masallı rayon sakini Qorxmaz Hüseynov idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun Qəzvinoba kəndi ərazisindən keçən hissəsində  hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyevi vurub.

    Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər